Xoruz döyüşdürən 200 nəfər həbs olundu
28 Fevral 2011 Bazar Ertəsi 01:21
Xoruz döyüşdürən 200 nəfər həbs olundu. Döyüşlərdə istifadə olunan 25 xoruzu isə polislər müsadirə edib.
Türkiyə Muğla vilayətinin Kuşadası rayonunda xoruz döyüşdürənlərə qarşı keçirilən əməliyyatda 200 nəfər saxlanılıb. Davudlar qəsəbəsində “Davudlar hind xoruzu festivalı” adı ilə keçirilən döyüşlərdə 25 ədəd də xoruz hüquq mühafizə orqanları tərəfindən müsadirə olunub. Bundan başqa polislər saxlanılanların üstündən çox sayda kəsici alət, 50 qram heroin, bu məqsədlə istifadə olunan tərəzi və üzərinə “Davudlar hind xoruzu festivalı” yazılmış biletlər aşkarlayaraq müsadirə edib. Qeyd edək ki, saxlanılanlardan 15 nəfəri qumar oynatdığı və heyvan hüquqlarını pozduqarı üçün cərimə olunublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: