Xocavənd və Ağdamdakı mövqelərimiz atəşə tutulub
29 Sentyabr 2011 Cümə Axşamı 10:00
Xocavənd və Ağdamdakı mövqelərimiz atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-də atəşkəsi növbəti dəfə pozub. Erməni ordusu saat 16.50-dən 17.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.40-dan 22.55-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: