Hadisə

Xırdalanda silahlı insident baş verib, bir nəfər güllələnib

Azərbaycanın Abşeron rayonunda silahlı insident baş verib. Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

· Xəbərçi
Xırdalanda silahlı insident baş verib, bir nəfər güllələnib
Hadisə bu gün saat 18.00 radələrində Xırdalan şəhəri, M. Rəsulzadə küçəsində qeydə alınıb. Baş vermiş silahlı insident nəticəsində bir nəfər güllə yarası alıb. Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hazırda Abşeron rayon Prokurorluğu və rayon Polis Şöbəsi əməkdaşları hadisə yerində araşdırma aparırlar. İnsidentin motivi məlum deyil.

Klinik Tibbi Mərkəzdən APA-ya bildirilib ki, Xırdalan şəhərində baş vermiş silahlı insident nəticəsində xəsarət alan, 1964-cü il təvəllüdlü Quluzadə Bayram İbrahim oğlu təcilli əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. APA

Şərhlər