Xırdalanda qatar relsdən çıxıb
20 İyul 2011 Çərşənbə 06:19
Qatarın yaxınlıqda olan evlərin üstünə aşması təhlükəsi yaranıb.
Ötən gecə Azərbaycan Dəmir yolları Qapalı Səhmdar cəmiyyətinin (QSC) Xırdalan stansiyasının ərazisində yük qatarı relsdən çıxıb. Hadisə nəticəsində qatarın iki vaqonunun relslərin üzərindən çıxaraq yolun kənarına yuvarlanmaq təhlükəsi yaranıb. Qeyd edək ki, dəmir yol stansiyasının cəmi bir neçə metrliyində yaşayış evləri yerləşdiyindən, yoldan çıxan vaqonların həmin mənzillərin üzərinə aşması ehtimalı var idi. Qəza zamanı qatarların hərəkəti üçün nəzərdə tutulmuş 1500 kilovotoluq elektir naqillərinin də zədələnməsi dəmiryolçuların işinə maneçilik törədirdi.

Məlumat daxil olan kimi isə, hadisə baş verən ünvana QSC-nin və stansiyasının səlahiyyətli nümayəndələri cəlb edilib. Vaqonların aşdığı yerdə ilkin araşdırma aparılıb. ANS-in hadisə yerində olan çəkiliş qrupuna isə nə Xırdalan stansiyasının rəhbər şəxsləri, nə də ki, ASC-nin nümayəndələri qatarın hansı səbəbdən yolundan çıxması və aşan vaqonların relsin üzərinə qoyulması üçün görüləcək tədbirlər barədə heç bir məlumat vermədi.

Qeyd edək ki, ANS əməkdaşları hadisə yerindən qayıdan zaman vaqonların aşması nəticəsində yaranan təhlükə hələ də aradan qaldırılmamışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar