APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən yaydığı məlumata görə, hadisə bu gün Şabran rayonu ərazisində qeydə alınıb. Dənizdə avarlı qayıqla balıq tutan 2 nəfərin itkin düşməsi barədə FHN-ə məlumat daxil olub. Dərhal nazirliyin dalğıc-xilasediciləri axtarış-xilasetmə işləri aparmaq üçün hadisə yerinə cəlb ediliblər. Hazırda onların axtarışı aparılır.
Qeyd edək ki, bu Xəzərin Azərbaycan sektorunda daha 4 nəfər balıqçı batıb. Həyata keçirilən tədbirlər nəticəsində onlardan ikisinin cəsədi tapılıb. Digər iki nəfərin axtarışları isə davam etdirilir. APA
Xəzərin Azərbaycan sektorunda daha iki balıqçı batıb
Xəzər dənizinin Azərbaycan sektorunda daha iki balıqçı batıb.




Şərhlər