Hadisə

Xəzərin Azərbaycan sahillərində gəmi yanıb

Yaxınlıqda dayanmış gəmilər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

· Xəbərçi
Xəzərin Azərbaycan sahillərində gəmi yanıb
Xəzər dənizinin Azərbaycan sahillərində gəmi yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda özüldə dayanmış köhnə, istismara yararsız və kəsilməkdə olan gəmidə mazut qalıqları 80 kv.m sahədə yanıb.

Yaxınlıqda dayanmış gəmilər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın səhər saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər