Hadisə

Xəzərdə zəlzələ olub

Zəlzələ Bakının Nardaran kəndindən 120 km şərqdə qeydə alınıb

· Xəbərçi
Xəzərdə zəlzələ olub
Bu gün Xəzər dənizinin 25 km dərinliyində 3.5 bal gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:35-də Bakının Nardaran kəndindən 120 km şərqdə qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.

Şərhlər