Xəzərdə qayıq batdı, 3 nəfər suya qərq oldu
29 Dekabr 2011 Cümə Axşamı 14:50
Qayığın balıqçılara məxsus olduğu bildirilir.
Azərbaycanın Siyəzən rayonu Cahandar kəndi yaxınlığında dənizdə balıqçı qayığı batıb. Siyəzən rayon polis şöbəsinin rəis müavini Yusif Ələsgərovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qayıq dünən gecə saatlarında çevrilib. Qayıqda olan 3 nəfər isə suya qərq olub. Hazırda hadisə yerində polis, Fövqəladə Hallar Nazirliyi və prokurorluq əməkdaşları araşdırma aparır.

Suya qərq olan balıqçıların kimliyi müəyyənləşdirilir və hadisənin nə səbəbə baş verməsi araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar