Bu gün Xəzər dənizi sahilindən 6-10 km aralıda güclü külək nəticəsində balıqçı qayığı batıb. Bu barədə ANS PRESS-ə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, dərhal hadisə yerinə FHN-in Aviasiya dəstəsinə məxsus helikopterlə xilasedicilər göndərilib.
Axtarış-xilasetmə əməliyyatları zamanı dənizdən Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Babayev Nurid Əziz oğlu sağ-salamat xilas edilib. Daha bir Lənkəran sakini, 1957-ci il təvəllüdlü Mehbalıyev Fazil Nadir oğlunun isə cəsədi dənizdən tapılaraq çıxarılıb.
Hazırda xilasedicilər tərəfindən dənizdə itkin düşmüş Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Həmidov Seyfulla Eynulla oğlunun tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Xəzərdə balıqçı qayığı batıb
Qayıqda olan 3 balıqçıdan biri xilas edilib




Şərhlər