Hadisə

Xəzərdə 5 balıqçının olduğu qayıq çevrilib

Xəzərdə 5 balıqçının olduğu qayıq çevrilib. Balıqçılardan biri boğulub.

· Xəbərçi
Xəzərdə 5 balıqçının olduğu qayıq çevrilib
Bakı şəhəri, Qaradağ rayonunda dənizdə balıqçı qayığının çevrilməsi nəticəsində 5 nəfər suda boğulma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb edilən dalğıc-xilasediciləri 4 balıqçını xilas edib, 1 nəfərin isə cəsədini sudan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər