Bakı şəhəri, Xəzər rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxan balıqçılar yoxa çıxıb. ANS PRESS-in Fövqəlada Hallar Тazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, balıqçıların qayığının çevrilməsi nəticəsində 1959-cu il təvəllüdlü Fərman Salman oğlu Əliyev və 1966-cı il təvəllüdlü Hacıbala Vaqif oğlu Qəniyev itkin düşüblər.
Onların axtarışları Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
Xəzərdə 2 balıqçı yoxa çıxdı
Balıqçılar qayığın çevrilməsi nəticəsində itkin düşüblər.




Şərhlər