Hadisə

Xətai rayonunda mənzildən qadın meyidi tapılıb

Ölümün səbəbi araşdırılır

· Xəbərçi
Xətai rayonunda mənzildən qadın meyidi tapılıb
Xətai rayonunda mənzildən qadın meyidi tapılıb. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin xilasediciləri 9 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinə baxış keçirərkən 67 yaşlı Sevil Qurbanova yataqda hərəkətsiz vəziyyətdə, onun qızı isə xəstə vəziyyətdə aşkarlanıb.
Keçirilən müayinə zamanı S.Qurbanovanın vəfat etdiyi, qızının isə ruhi xəstə olduğu məlum olub.
Xilasedicilər Sevil Qurbanovanın cəsədini və xəstəni aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır. ANSPRESS

Şərhlər