Xəstənin bir böyrəyindən 285 daş çıxdı
15 Aprel 2011 Cümə 03:54
Bu qədər daşın sadəcə sol böyrəkdən çıxdığını bildirən həkim sağ böyrəkdə də bu miqdarda daş ola biləcəyini deyib
Türkiyədə böyrək ağrıları şikayəti ilə xəstəxanaya müraciət edən xəstənin böyrəyindən əməliyatla 285 ədəd daş çıxarılıb. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, Çanaqqala şəhəri sakini 61 yaşlı Mehmet Karamanın böyrəyindən çıxan daşların çoxluğu həkimləri də təəccübləndirib. Bu qədər daşın sadəcə sol böyrəkdən çıxdığını bildirən həkim sağ böyrəkdə də təxminən bu miqdarda daş ola biləcəyini deyib. Həkim həmçinin Karamanın böyrəyinin normal insan böyrəyindən fərqli olduğunu, bu səbəblə də bu qədər çox daşın bu orqana sığdığını deyib.
Xəstə Mehmet Karaman isə 20 ildir böyrəyində narahatlıq olduğunu, yaxın vaxtlarda sağ böyrəyinə də əməliyyat etdirəcəyini bildirib.
DOSTLARINLA PAYLAŞ: