Xəstəliyə dözməyən 75 yaşlı kişi özünü güllələdi
26 Mart 2011 Şənbə 14:01
İntihar hadisəsi Xaçmazda baş verib
Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurprunun böyük köməkçisi Əlibaba Şahverənovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə bu gün saat 10.30 radələrində rayonun Məktəbli küçəsi 29 ünvanında qeydə alınıb.
Rayon sakini 74 yaşlı Abbasqulu Surxay oğlu Paşayev yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb.
İlkin ehtimala görə, mərhum xəstəlikdən əziyyət çəkdiyi üçün belə addım atıb.
Faktla bağlı AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: