Xəstə ətrafdakılara hücum edib
07 Aprel 2009 Çərşənbə Axşamı 23:40
Reanimasiya şöbəsindəki digər xəstələr özlərini qoruya bildklərindən hücumdan ən çox komada olan professor zərər çəkib

Bakıdakı 1 saylı şəhər xəstəxanasının ümumi reanimasiya şöbəsində yerləşdirilən xəstələrdən birinin vəziyyətinin dəyişməsi insidentə səbəb olub. Belə ki, üç gün əvvəl şöbədə müalicəsinə başlanılan 54 yaşlı Nemət Rəsulov qəfil komadan ayılaraq əlinə keçən əşyaları xəstələrin üzərinə atmağa başlayıb. Neməti sakitləşdirməyə gələn tibb işçiləri və şöbədə olan xəstələrdən biri xəsarət alıb. Zərərçəkənlərin arasında Bakı Dövlət Universitetinin müəllimi, fizika elmlər doktoru, professor 74 yaşlı Sadıxov Faiq Soltanmurad oğlu da olub.
Xəstəxananın ümumi reanimassiya və intensiv terapiya şöbəsinin müdiri Rauf Cəfərquliyev bildirib ki, hadisəni törədən Nemət Rəsulov xəstəxanaya daxil olanda vəziyyəti həddindən artıq ağır olub və onun bu cür dəyişəcəyi ağıla gəlməzdi.
Qeyd edək ki, insident zamanı Nemət Rəsulov şöbədəki mebelləri və digər əşyaları sındırıb. şöbədə olan digər xəstələr oyaq olduğundan atılan əşyalardan özlərini qoruya bilib. Elə ona görə də hadisə zamanı xəstələrdən yalnız komada olan Faiq Sadıxov xəsarət alıb. Amma tibb işçilərindən də yüngül xəsarət alanlar var. Məsələn, komadan ayılan xəstə dəsmalla xadiməni boğmağa çalışıb.
Hadisədən sonra Nemət Rəsulov xəstəxananın toksikalogiya şöbəsinin reanimasiya blokuna yerləşdirilib. Faktla bağlı xəstəxanaya çağırılan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşaları da müvafiq araşdırmalara başlayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar