Bu gün saat 20 radələrində Xarkov-Bakı sərnişin qatarında ölüm hadisəsi qeydə alınıb. DIN-in Nəqliyyatda Baş Polis Idarəsi Dəmiryol Nəqliyyatında Polis Idarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi Fəxrəddin Muradovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Xarkovdan Qəbələyə gedən 51 yaşlı Mənsim İman oğlu Məmmədov Siyəzən rayonunun Qızılburun stansiyasında vəfat edib. DIN-in Nəqliyyatda Baş Polis Idarəsi Dəmiryol Nəqliyyatında Polis Idarəsinin Xaçmaz xətt polis şöbəsinin və Siyəzən rayon prokurorluğunun əməkdaşları hadisə yerində olublar və mərhumun ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib. Mənsim Məmmədovun meyiti daxili müayinədən sonra ailəsinə təhvil veriləcək. /ANS PRESS/