Xam neftlə dolu qatar relsdən çıxıb
13 Aprel 2009 Bazar Ertəsi 12:50
Qatarda olan yük dağılmayıb, tədbirlər nəticəsində vaqonlar relsə qaldırılıb

Hacıqabul Dəmir Yolu Stansiyasının ərazisində yük qatarının 6 vaqonu relsdən çıxıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza aprelin 12-də saat 12.00 radələrində stansiyanın ərazisində xam neftlə dolu olan Səngəçal-Batumi yük qatarında baş verib. Nəticədə qatarda olan yük dağılmayıb. Aparılan tədbirlər nəticəsində vaqonlar relsə qaldırılıb və hərəkət davam etdirilib. DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar