Xalq artistinin oğlu avtomobil qəzasına uğrayıb
17 Dekabr 2010 Cümə 05:40
Xəstəxanaya çatdırılarkən şok vəziyyətində olan yaralının bədənində müxtəlif travmalar aşkarlanıb
Gecə Qaradağ rayonu ərazisində isə bir nəfərin xəsarət almasıyla nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Yol qəzası Lökbatan qəsbəsi 28 may küçəsində rayon icra hakimiyyəti binasının qarşısında baş verib. Qeyd edək ki, “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman idarəetməni itirərək yolda olan dairəyə dəyib. Daha sonra yeni salınmış parkın səkisinə ordan isə dəmir çəpərlərə çırpılan avtomobil ancaq dirəyinə dəyərək dayana bilib.
Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Yeni salınmış parka isə maddi ziyan dəyib, işıq diryəi qırılıb. Avtomobildə yalnız olan sürücü 30 yaşlı Quliyev Əli Nəriman oğlu isə müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzaya uğrayan şəxs Xalq artisti Nazpəri Dostaliyevanın oğludur. Xəstəxanadan verilən məlumata görə, yaralı klinikaya daxil olarkən şok vəziyyətində olub və müayinə zamanı onun bədənində müxtəlif travmalar aşkarlanıb. Hal-hazırda xəstənin vəziyyətinin stabil olduğu bildirlir.
Hadisə yerinə Qaradağ rayon polis idarəsi və yol polisi şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb və qəzanını baş verməsinin dəqiq səbələrin müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.
DOSTLARINLA PAYLAŞ: