Xaçmazda xəstəlikdən əziyyət çəkən 57 yaşlı qadın intihar edib
28 Fevral 2012 Çərşənbə Axşamı 10:58
Hadisə Yalama qəsəbəsində baş verib.
Ötən gecə Azərbaycanın Xaçmaz rayonunda 57 yaşlı qadın intihar edib. Xaçmaz rayon prokurorunun köməkçisi Əlibaba Şahverənovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Xaçmaz rayon Yalama qəsəbə sakini Rahilə Paşa qızı Muradəliyeva kirayə qaldığı evin həyətindəki tövlədə özünü asıb. Onun meyidini ailə üzvləri gecə saatlarında tapıb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları ərazini müayinə edib. Meyit tibbi ekspertizaya göndərilib. İlkin ehtimala görə, qadının intihar etdiyi müəyyən edilib.
Ailə üzvlərinin sözlərinə görə, Xaçmaz sakini daxili orqanların xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət xəstəxanada müalicə də alıb.
Qeyd edək ki, faktla bağlı istintaq gedir. Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. İntiharın nə səbəbdən, hansı şəraitdə baş verməsi haqqında dəqiq məlumat istintaq nəticəsindən sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: