Bu gün saat 19 radələrində Xaçmaz rayonunun Qusarçay yaşayış məntəqəsi yaxınlığında elektrovozla VAZ 2106 markalı avtomobil toqquşub.
ANS PRESS-in şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hazırda Nəqliyyatda Baş Polis İdarəsinin dəmir yolu nəqliyyatı şöbəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşları hadisə yerindədir. Şöbə rəisinin müavini Nizami Mənsimov bildirib ki, hadisə yerində ölən və yaralananlar var.
Xaçmaz rayon mərkəzi xəstəxanasının travmatologiya bölməsinin həkimi Ağayar Quliyev ANSPRESS-in əməkdaşına bildirib ki, yaralıların biri ölüb. Biri isə əməliyyat masasının üstündədir. /ANS PRESS/