Xaçmazda ikimərtəbəli ev yanıb
17 Dekabr 2009 Cümə Axşamı 18:40
Xaçmazda ikimərtəbəli ev yanıb. Faktla bağlı araşdırma aparılır.
Bu gün saat 16:50 radələrində Xaçmaz şəhəri, Fəhlə küçəsi 15-də 43 yaşlı Bəhruz Zöhrab oğlu Məmmədova məxsus ikimərtəbəli yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi Nöhbala Musayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə məlumat 16:52-də daxil olub və saat 16:30-da yanğının qarşısı alınıb.

İlkin məlumatlara görə, yanğına səbəb evin eyvanında quraşdırılan sobanın həddindən çox qızması olub. Hadisə nəticəsində evin 31 kvadrat metrlik tavanı yanıb.

Hazırda faktla bağlı araşdırma aparılır, evə dəyən ziyan dəqiqləşdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar