Hadisə

Xaçmazda ev partladı:1 ölü

Tənha yaşayan 73 yaşlı kişinin özünə çay qaynatması ölümlə nəticələndi.

· Xəbərçi
Xaçmazda ev partladı:1 ölü
Azərbaycanın Xaçmaz rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə dünən səhər saatlarında rayonun Nərəcan kəndində baş verib.

Evdə tək yaşayan kənd sakini 73 yaşlı Çingiz Əlimurad oğlu Ağacanov qaz peçinin üstünə çay qoyub. Çay qaynayib öz-özünə söndükdən sonra evə qaz dolub və nəticədə partlayış baş verib. Yanıq xəsarəti alan Çingiz Ağacanov saat 09:20 radələrində Xaçmaz rayon Mərkəzi Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın şöbə müdiri Ağayar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, yaralı xəstəxanaya daxil olarkən bütün bədənində termiki alov yanığı olub. Hər ehtimala qarşı xəstəyə ilk tibbi yardım göstərilib, daha sonra Bakıya 5 nömrəli yanıq xəstəxanasına göndərilib. Xəstə bu gecə orada keçinib.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, kənd sakini evinə qeyri-qanuni və standartlardan kənar qaz çəkibmiş. ANSPRESS

Şərhlər