Xaçmazda baş verən zəhərlənmənin səbəbkarı məlum oldu
29 Oktyabr 2010 Cümə 18:35
"Qala" şadlıq sarayı üçün salatları hazırlayan şəxs gigiyena qaydalarına riayət etməyib.
İki gün əvvəl Xaçmazın Xudat şəhərində baş verən kütləvi zəhərlənmə zamanı xəstəxanaya yerləşdirilən zərərçəkənlərin hamısı artıq evə buraxılıb. Bu barədə ANS PRESS-in bölgə müxbirinə Xudat şəhər xəstəxanasının baş həkimi Qədir Hüseynov məlumat verib. Baş həkim bildirib ki, son 7 xəstə bu gün müxtəlif saatlarda evilərinə buraxılıb.

Xaçmaz rayon Gigiena və Epidemiologiya şöbəsinin müdiri Bəxtiyar Haqverdiyev isə bölgə müxbirinə bildirib ki, hadisə “Qala” şadlıq sarayı üçün salatları hazırlayan Qurban Aslanovun gigiyena qaydalarına riayət etməməsi səbəbindən baş verib. O, bir gün əvvəldən 350 nəfər üçün hazırladığı “paytaxt salatı”nı soyuducuya yerləşdirməli olduğu halda bunu etməyib.

Xatırladaq ki, ayın 27-də “Qala” şadlıq sarayında keçirilən toy məclisinin iştirakçılarından 31 nəfəri “paytaxt salatı”ndan zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 15 nəfəri ilkin müayinədən sonra evə buraxılsa da, 20 nəfər xəstəxanada müalicə olunmaq ücün palatalara yerləşdirilmişdi. Onların hamısı qadınlar olub.

Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar