Xaçmazın Mehrəliqışlaq kəndi canavarların hüçümuna məruz qalıb. Gecə ikən kənd sakini Məhərrəm Tağıyevin həyətinə hücum çəkən ac qurdlar xeyli mal-qara tələf edib. Təsərrüfat sahibinin sözlərinə görə, hadisə gecə saat 2-3 radələrində baş verib. Təxminən 2-3 canavar həyətə soxularaq 50-ə yaxın mal-qaraya xəsarət yetirib. Onlardan 25-i ölüb.
Xaçmaz rayon Baytarlıq İdarəsinin əməkdaşları və Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Hülövlü inzibati ərazi vahidliyi üzrə nümayəndəsi hadisə yerinə gəlib. Onlar yaralanmış qoyunların baytar nəzarəti altında saxlanaçağını bildiriblər. Sağ qalan qoyunlara vaksinlər vurulub, tələf olanları isə kəndin kənarında torpağa basdırıb, ərazini dezinfeksiya ediblər.
Hazırda təsərrüfat sahibinə dəymiş maddi ziyanının miqdarı hesablanır.
Xaçmazda ac canavarlar peyda olub
Onlar Mehrəliqışlaq kəndində 25 baş qoyunu məhv edib




Şərhlər