Xaçmazda 76 yaşlı kişiyə qarşı quldurluq
25 Yanvar 2011 Çərşənbə Axşamı 00:15
Karate üzrə qara kəmər ustası ağsaqqalı vəhşicəsinə döyərək tanınmah hala salıb.
Xaçmaz polisi rayonun Qusarçay kəndində 76 yaşlı Ağabala Abdulhəlim oğlu Şamxalova qarşı quldurluq etmiş iki nəfəri saxlayıb. Məlumatı ANS PRESS-ə rayon Polis İdarəsinin istintaq bölməsinin rəisi Əhməd Nəcəfov verib. Onun sözlərinə görə, saxlanılanlar zərərçəkənin qonşusu, 29 yaşlı Avtandil Nəbi oğlu Davudov və onun 23 yaşlı Furəddin Fərasəddin oğlu Əlibəyovdur. Onlar yanvarın 22-də Ağabala Şamxalovun evinə soxulublar. Karate üzrə qara kəmər ustası, Rusiyada bir sıra yarışlarda iştirak etmiş Avtandil Davudov ağsaqqal qonşusunu vəhşicəsinə döyüb. Furəddin isə evi axtarıb və dostların əlinə cəmi 57 manat pul keçib. Hər iki şəxs maskada olub.
Qonşular gecə baş vermiş hadisədən yalnız səhər xəbər tutublar. Onlar Ağabala Şamxalovu Xudat şəhər xəstəxanasına aparılıblar. Döyülməkdən tanınmaz hala gələn 76 yaşlı kişiyə baş-beyin silkələnməsi, baş-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Qeyd edək ki, Ağabala Şamxalovun övladları Rusiyadadır və o Qusarçaydakı evində tək yaşayır. Kişi evinin yaxınlığında xırda ticar
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb. Avtandil Davudov hadisəni sərxoş vəziyyətdə törətdiyini, ayıldıqdan sonra isə peşimanlıq hissi keçirdiyini bildirib. Furəddin Əlibəyov isə Avtandillə birlikdə yeyib-içdikləri sərxoş ooduqdan sonra isə onun təklifi ilə qonşusunun evinə basqın etdiklərini deyib.
Faktla bağlı Qusar RPŞ-də Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi qaldırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: