Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, rayonun 6-cı Şöbə qəsəbəsində (rayon mərkəzindən 6 km aralı) "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb. Qəza zamanı avtomobilin sahibi bədən xəsarətləri alaraq təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə xəstəxanaya aparılıb. Müxtəlif dərəcəli xəsarətlər alan yaralı həkim nəzarətinə verilib. Yanğın saat 15:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Araşdırma aparılır.
Xaçmaz sakini maşını ilə birgə yandı
Yaralı xəstəxanaya aparılıb




Şərhlər