Xaçmaz rayonunda avtomobil çaya düşdü
02 May 2011 Bazar Ertəsi 01:05
Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət alıb
Ötən axşam 19.30 radələrində Qəndob – Yalama yolunun 19-cu km-də sərnişinin ölümü, sürücünün isə yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba istiqamətində hərəkət edən “BMW” markalı avtomobilin Dağarcıq çayına düşməsi nəticəsində baş verib. Qəzadan sonra avtomobildə olan şəxslər Xaçmaz rayon xəstəxanasına çatdırılsa da onlardan 33 yaşlı sərnişin Piriyev Sənan Mülkəsahib oğlunun həyatını xilas etmək mümkün olmayıb. Avtomobilin sürücüsü Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi sakini Səbzəliyev Taleh Səbzəli oğlu isə qəzadan xəsarət alaraq qurtulub.
Hadisə yerinə dərhal dövlət yol polisi iarəsinin əməkdaşları cəlb olunub. Baş dövlət yol polisi idarəsi istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun ANS-in bölgə müxbirinə verdiyi məlumata görə qəza barədə araşdrmalar davam edir və qəzanın səbəbləri məhkəmə tibbi ekspertizasının verəcəyi rəydən sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: