Bu gün güclü külək səbəbindən Xaçmazın elektrik təminatında problemlər yaranıb. Rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Quba ərazi hidrometeorologiya idarəsinin müdiri Aliyə Ələkbərovanın ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Şabran və Xaçmazda küləyin gücü saniyədə 14-18 metrə çatır. Bunun nəticəsində bəzi kəndələrdə külək elektrik dirəklərini aşırıb, xətlər qırılıb.
Xaçmaz Regional Yüksək Gərginlikli Elektrik Şəbəkədən verilən məlumatda isə bildirilir ki, təhlükəsizlik baxımından işıqlar söndürülüb. Baş verən qəzaların aradan qaldırılması istiqamətində qəza briqadaları çalışır.
Xaçmaz qaranlığa qərq oldu
Güclü külək nəticəsində bəzi kəndlərdə elektrik dirəkləri aşıb




Şərhlər