Cənubi Afrikada keçirilən 2010-cu il FİFA dünya kubokunun rəmzi olan vuvuzelanın xəstəlik mənbəyi olduğu bildirilib. İngiltərədə keçirilən araşdırmalarda məlum olub ki, təyyarənin havaya qalxdığı zaman çıxardığı səsdən daha güclü səs çıxaran vuvuzela üfürüldüyü vaxt asqırma və ya öskürməyə bənzər bir təsirlə saniyədə 4 milyon tüpürcək damlacığı yayır.
İnsanların çox olduğu yerlərdə vuvuzelaya üfürən birinin rahatlıqla qrip, vərəm kimi xəstəlikləri yaydığı bildirilir.
Qeyd edək ki, hal-hazırda 2012-ci il London olimpiadasında vuvuzela çalınmasına icazə verilib-verilməməsi müzakirə olunur.
Mütəxəssislər isə vuvuzelanı qadağan etmək əvəzinə onu çalmaq qaydaları qoyulmasını təklif edir.
Vuvuzela yüksək sürətlə xəstəlik yayır
Hal-hazırda 2012-ci il London olimpiadasında vuvuzela çalınmasına icazə verilib-verilməməsi müzakirə olunur




Şərhlər