Volqoqradda azərbaycanlı öz bacısı oğlunu qətlə yetirib
02 İyul 2010 Cümə 14:35
Volqoqradda Azərbaycan vətəndaşı güllələnib. APA-nın məlumatına görə, hadisə dünən gecə saatlarında Dzerjinski rayonunda yerləşən “Rodniçok” kafesində baş verib. İlkin məlumata görə, azərbaycanlı ailəsi ilə birlikdə kafedə dincəlirmiş.
Bu zaman 37 yaşlı soydaşımızla dayısı arasında mübahisə baş verib və kişi tapançanı çıxararaq bacısıoğluna bir neçə atəş açıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Soydaşımızı öldürən şəxs haqqında axtarış elan olunub. Cinayətin motivi aydınlaşdırılır. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar