Bakının Xətai rayonu əraisində vətəndaşdan külli miqdarda narkotik vasitə aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 37-ci polis bölməsi keçirdiyi əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Kamran Babayevdən 1 kiloqram 4 qram həşiş aşkar edilərək götürülüb. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri saxla, hazırlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/