Hadisə

Vergilər Nazirliyinin yanından meyit tapıldı

Naməlum şəxsin ölüm səbəbi araşdırılır.

· Xəbərçi
Vergilər Nazirliyinin yanından meyit tapıldı
Bakının Yasamal rayonunda ölüm hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində Vergilər Nazirliyinin yanında, Landau küçəsində baş verib.

Kimliyi hələlik müəyyənləşdirilməyən kişi vəziyyəti pisləşərək yerə yıxılıb. Hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri gəlsələr də o, artıq keçinib. Ölümün səbəbi hələlik bilinmir. İlkin ehtimala görə, o, ürək tutmasından ölüb.

Hadisə yerinə polis və Prokurorluq əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar. ANSPRESS

Şərhlər