Vəhşi fillər insanların yaşadığı kəndlərə hücum edir
10 Mart 2010 Çərşənbə 03:10
Mütəxəssislər isə fillərin təbiətdə axtardıqlarını tapmadıqları vaxt kəndlərə hücum etdiyini bildirib
Afrika ölkəsi Anqolanın cənub regionundakı bəzi kəndlər vəhşi fillərin hücumuna məruz qalıb. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, 5 minə yaxın insan yaşadığı yerləri tərk edərək qonşu Nambiya ölkəsinə sığınıb. Ölkə rəsmilərinin verdiyi məlumatlara görə, indiyə qədər fil hücumları nəticəsində ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, Anqolada hökumətlə müxalifət partiyasının tərəfdarları arasında 30 il davam edən insidentdə milyonlarla mülki əhali ilə yanaşı yüzminlərlə heyvan da məhv edilib.
Mütəxəssislər isə son 8 ildə sayları əhəmiyyətli şəkildə çoxalan fillərin təbiətdə axtardıqlarını tapmadıqları vaxt kəndlərə hücum etdiyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: