Hadisə

VAZ-2107 11 yaşlı piyadanı vurub

Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölüb.

· Xəbərçi
VAZ-2107 11 yaşlı piyadanı vurub
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şəki şəhəri ərazisində, şəhər sakini Fuad Cəfərli “VAZ-2107” markalı avtomaşını idarə edərkən 11 yaşlı Ramil Mustafayevi vurub.

Qeyd edək ki, zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölüb.

Şərhlər