Hadisə

“VAZ 21154” aşdı, yaralananlar var

Hadisə Lənkəranda baş verib.

· Xəbərçi
“VAZ 21154” aşdı, yaralananlar var
Lənkəran rayonunda 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, ötən gecə Ələt-Astara yolunun 196-cı kilometrliyində, Lənkəran rayonu ərazisində “VAZ 21154” markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan bir qadın və bir kişi ağır yaralanıb. Əraziyə polis və təcili yardım çağırılıb, xəsarət alanlar xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yolların buz bağlaması olub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Şərhlər