“VAZ-2107” SOCAR-a aid avtobusla toqquşub
02 May 2011 Bazar Ertəsi 06:06
Sürücü aldığı xsarətdən sonra xəstəxanaya çatdırılıb
Ötən gecə paytaxtın Səbail rayonu Bayıl qəsəbəsi Əhəd Yaqubov küçəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Rasim Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi Dövlət neft şirkətinə (ARDNŞ) məxsus sərnişin avtobusu ilə toqquşub. Qəzadan sonra yüngül dərəcəli xəsarətlər alan sürücü Rasim Məmmədov isə xəstəxanaya yerləşdirilib. Məmmədova lazımı tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Hadisə şahidlərinin sözlərinə görə “VAZ-2107”-nin sürücüsü qəzanın baş verdiyi küçə ilə hərəkət edərkən qəfildən avtomaşının qarşısına yolu keçmək istəyən piyada çıxıb.

Qəza baş verən ünvana isə səbail rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub. Hadisə yeri müayinə olunduqdan sonra hər iki sürücünün izahatlarının alınması üçün onlar şöbəyə dəvət edilib. Yol nəqliyyat hadisəsinin səbəblərinin müəyyən edilməsi üçün avtotexniki ekspertiza təyin edilib.

Qeyd edək ki, qəza zamanı avtobusda sərnişin olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar