“VAZ-2107” “KamAZ”a çırpıldı: iki ölü
    26 Noyabr 2010 Cümə 18:35
    Bir nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada keçinib
    
                	 
    
         Bakının Xəzər rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 16.30 radələrində aeroport yolunda baş verib. 
 
 Sürətlə hərəkət edən “VAZ-2107” markalı avtomobil “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə minik maşınında olan 60 yaşlı kimliyi hələlik müəyyənləşməyən qadın hadisə yerində keçinib. 23 yaşlı Ruslan Quliyev isə 3 saylı Sabunçu Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada keçinib. 
 
 Hadisə yerinə rayon polisinin əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar, hadisənin səbəbi hələlik bilinmir. 
DOSTLARINLA PAYLAŞ: