Vaxtnda üz vermiş vaxtsız ölümün astarı. Ben Laden öldürüldü!
08 May 2011 Bazar 23:59
Şeytan ştatına yeni namizəd lazımdır... Azı lənət oxumaq üçün!
…Maraqlıdır: 2010-cu ilin avqustundan Birləşmiş Ştatların bir nömrəli düşməni Ben Ladenin yeri məlum olduğu, onu kosmosdan izləmək, hətta yaşadağı mənzilin yerləşdiyi sahənin tektonik vəziyyətini müəyynləşdirmək mümkün olduğu halda niyə məsələ bu qədər uzandı? Bəlkə elə buna görə liviyalılar Birləşmiş Ştatlardan daha səmimi münasibət gözləyirlər?! Bir halda ki, qocalıb əldən düşmüş, bir xudmani guşəyə çəkilib oturub öz videogörüntülərinə baxmaqla başını qatan, bir zamanlardakından qat-qat az təhlükəli olan Bin Ladeni öldürmək mümkündü, onlda niyə liviyalıların bu gün üzləşdiyi bəlaların flaqmanı Kaddafinin nazı ilə bu qədər oynanılır? Bəlkə kosmosdan yerin altını görmək mümkündür, çadırın altını yox?
Ərəblər çaşıb qalıblar… və təkcə ərəblərmi??? Həm də ağlabatmayan şeylər də var axı.
Bütün bu hadisələr mənim yadıma başqa bir hadisəni salır…
Məşhur səhra komandiri Şah Məsudun sonlarını. Bir müsahibə ehtiyatsızlığı və iki jurnalist kifayət etdi ki, əfsanəvi səhra canavarı ləğv edilsin… Özü də bu o zaman baş verdi ki, Şah Məsud demək olar ki, Sovet İttifaqının müttəfiqinə çevrilmişdi. Şah Məsud öldürüləndən sonra ABŞ dərhal Əfqanıstana girdi. Şah Məsudu sadəcə satdılar. Qətlə çatdırdılar. Sona yetirdilər. Deməli hər şeyin vaxtı var. Şah Məsud üçün ayrılmış vaxt da onda bitmişdi. O zaman heç kim bilmirdi ki, 11 sentyabr olacaq… Onda Şah Məsudun ölüm səbələri ilə bağlı olmazın fərziyyələr səsləndi. Bircə Birləşmiş Ştatların Əfqanıstana girəcəyi ehtimalından başqa. Amma dilə gətirilməyən səbəb doğru çıxdı.
Şah Məsud öldürüləndən cəmi bir ay sonra Birləşmiş Ştatlar Əfqanıstana girdi…
İndi isə öldürülən Ben Ladendir. Onun məhkəməsi daha maraqlı ola bilərdi. Onun deycəkləri daha maraqlı ola bilərdi. O dünyaya çox şey danışa bilərdi.
Ben Ladenin məhv edilməsi zamanı maraqlı hadisıələr bol olub. Əvvəla Birləşmiş Ştatlar obyektin üzərinə heç vaxt istifadə etmədiyi helikopterlər göndərmişdi. Elə helikopterlər ki, radar onları tuta bilmir… Bəs onda bu super helikoterlərə nə oldu? Onlar doğrudanmı qəzaya uğradı? Əgər bu helikoterlər doğrudhan da məxfilər məxfisidirsə, onda onların qalıqlarını Birləşmiş Ştatlar hadisə rayonundan niyə tez bir zamanda çıxarmadı? İndi Pakistanın qaytarmadıyı bu qırıqların arxasında nə dayanı?
İkinci müəmma Pakistan rəhbərliyinin bu əməliyyata bağlı olub- olmadığı idi. Axı Ştatlar əvvəlcə Pakistana bu əməliyyatda köməyə görə təşəkkür etmişdi. Təxminən iki saat sonra isə rəsmən elan edildi ki, əmləiyyatdan Pakistanın xəbəri orlmayıb. Bəlkə Ağ Ev Pakistanı mövcud təhlükələrdən qorumaq istəyib?
Üçüncüsü: İndi dünya kütləvi informaisya vasitələri ağıllı-ağıllı fərziyyələrlə Birləşmiş Ştatdları guya divara dirədiyini güman edir: məsələn, niyə Ben Ladenin meyidini göstərmədilər, a-ha!!! Ortada şəkil yoxdur? Niyə onun torpağa, daha doğrusu suya tapşırldığını nümayiş etdirən kadrlar göstərilmir, deməli bizi aldıdrlar və sair… Amma mən bilən bir az tələsirik… Hələ tezdir. Bayaq dedik axı, hər şeyin vaxtı var… Ortada yəqin şəkil də olacaq. Biz hələ çoxlu başqa sübutlar da görəcəyik. Unutmayaq ki, Birləşmiş Ştatlarda prezident seçkisi gələn ildir və Obama əlindəki bu təsirli vasitədən birdəfəlik istifadə edəcək qədər sadədil birisi deyil. Məncə, biz burada şou biznes qanunlarının vətəninin bu qanunları siyasətə necə ustalıqla tətbiq edəcəyinə şahid olmağa hazırlaşmalıyıq… Mən şəxsən özümü ən azı Ben Ladenin cənazəsinin suya necə buraxıldığını görməyə hazırlayıram. Vax-tın-da!!! Hələ tezdir… Baxın da. Ben Ladenin öz təsvirlərinə oturub heyran heyran baxdığını göstərən kadrlar bu qəbildən deyil?! Hələ bizə anons etdilər ki, Ben ladenin arxivi yalnız bunlardan iibarət deyil.. Tələsməyək: Amma indii yox: VAXTINDA!!!
Ben Ladenin məhvi ərəb inqilablarının faktiki olaraq sonunda baş verdi. Burda liderliklərdə boşluqlar var və bu boşluqlara Ben Ladenin tərəfdarlarının gələ bilcəyi təhlükəsi də qalmaqda idi. Ben Ladnenin öldürülməsilə bu qüvvələr zəiflədildi… Yenə də ərəfə prinsipləri işlədi və işləməkdədir. Deməli biz nələrisə gözləməliyik… Bu dəfə kim hara girəcək: kim hardan çıxacaq? Hər halda ortadakı Maykl Cekson deyil… Və məncə Birləşmiş ŞtatlarBen Ladeni apradan götürməklə özünü çətin vəziyyətə salıb. Şeytan ştatına yeni namizəd lazımdır... Azı lənət oxumaq üçün!
Mir Şahin
DOSTLARINLA PAYLAŞ: