Hadisə

Vaşinqton ABŞ vətəndaşlarını dərhal Suriyanı tərk etməyə çağırdı

Dövlət Departamenti Amerika vətəndaşlarına xəbərdarlıq edib

· Xəbərçi
Vaşinqton ABŞ vətəndaşlarını dərhal Suriyanı tərk etməyə çağırdı
ABŞ haikmiyyəti öz vətəndaşlarını yaranmış olduqca qeyri-sabit vəziyyətlə əlaqədar Suriyanı dərhal tərk etməyə çağırıb. ABŞ Dövlət Departamenti rəsmi xəbərdarlıqla çıxış edib ki, kommersiya nəqliyyatı işlədiyi müddət ərzində Amerika vətəndaşları ləngimədən Suriyanı tərk etməlidirlər.
Suriyaya səfər etməyi planlaşdıran vətəndaşlara isə israrla tövsiyyə edilir ki, səfərlərini təxirə salınsın.

Qeyd edək ki, bu ilin aprelində diplomatlar və digər dövlət qulluqçularının ailələri, eləcə də, bir sıra Amerika müəssisələrinin işçiləri Suriyadan çıxarılıblar.

Şərhlər