Bakıda valyutadəyişmə məntəqəsinin işçisinə bıçaqla xəsarət yetirilib. Daxili İşlər Nazirliyinin rəsmi intermet səhifəsində yayılan malumata görə, dekabrın 2-də saat 16.00 radələrində Nizami rayonu Q.Qarayev prospektindəki valyutadəyişmə məntəqəsində Buzovna qəsəbə sakini Şahmərdan Şükürlü orada işləyən Qaraçuxur qəsəbə sakini Şükür Şükürova bıçaqla qarın nahiyəsindən yüngül xəsarət yetirib. Daha sonra pul verməsini tələb edib, lakin müqavimətlə üzləşdiyindən qaçmağa cəhd göstərərkən hadisə yerinin yaxınlığında olan Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.
Valyutadəyişmə məntəqəsinə basqın
Hadisəni törədən şəxs tutulub




Şərhlər