Üzərinə qaynar su tökülən uşaq öldü
26 May 2011 Cümə Axşamı 13:25
Uşaq xəstəxanaya aparılsa da həyatını xilas etmək olmayıb
Sabirabad rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə mayın 21-də Sabirabad rayonunun Nəsimi kəndində baş verib.
Kənd sakini 6 yaşlı Səma Rzayeva qaynar sudan yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün müdaxiləsinə baxmayaraq o, mayın 25-də xəstəxanada ölüb.
DOSTLARINLA PAYLAŞ: