Hadisə

Üstündə 160 iPhone gizlədən çinli gömrükdə yaxalandı

Onun ağlasığmaz gizlətmə üsulları gömrük əməkdaşlarının təəccübünə səbəb olub.

· Xəbərçi
Üstündə 160 iPhone gizlədən çinli gömrükdə yaxalandı
Honqkonqdan Çinə qaçaq mobil telefon aparmağa çalışan şəxs Cənubi Çinin Quandun əyaləti hava limanında hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Telefon qaçaqmalçısı bədəninin müxtəlif yerlərinə gizlətdiyi telefonlarla nəzarət buraxılış məntəqəsində olan rentqen cihazından da keçmişdi. Çantasını götürmək üçün qaçaqmalçının əyilməməsi gömrük işçilərinin şübhələnməsinə səbəb olub. Onun üzərinə baxış keçirərkən belinə stokçla sarılmış, ayaq biləklərinə bağlanmış, ayaqqabının içərisinə yerləşdirilmiş polad qutularda və köynəyin astarında tikilmiş xüsusi ciblərdə gizlədilmiş 160 “iPhone” markalı mobil telefon aşkarlanıb. Çinli ədədini 125 dollardan 20 000 dollara aldığı cihazlardan yüksək qazanc gözləyirmiş.


Şərhlər