Əl –Qaidə" terror qruplaşmasının lideri Üsamə Bin Laden öldürüldüyü xəbəri yayılıb. Artıq bu barədə məlumatı Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da təsdiq edib. Obama deyib ki, qruplaşma liderinin cəsədi artıq onların əlindədir.
Artıq “dünyanın 1 nömrəli terrorçusu”sayılan ÜsaməBin Ladenin cəsədininilkin fotoşəkilləri də yayımlanıb. Qeyd edək ki, əməliyyat zamanı Üsəma Bin Ladenin oğlunun və bir neçə köməkçinin öldürüldüyü, 2 arvadı və 4 uşağının, həmçinin bir neçə şəxsi köməkçisinin həbs olunduğu ehtimal olunur. Bin Ladenin özünün isə başından vurulduğu açıqlanıb. Əməliyyat zamanı heç bir amerikalının xəsarət almadığı bildirilib.
Üsamə Bin Ladenin cəsədinin ilk fotoları
“1 nömrəli terrorçunun oğlu”da öldürülüb




Şərhlər