Ukraynaya qazanc dalınca gedən azərbaycanlı ağır cinayət törətdi
28 İyul 2010 Çərşənbə 02:20
Azərbaycanda da axtğarışda olan 52 yaşlı kişi, bir qadını öldürüb, digər ailə üzvlərini isə girov götürüb.
Ukraynada 52 yaşlı Azərbaycan vətəndaşı həbs edilib. O, ukraynalı qadını öldürməkdə və üç nəfəri oğurlamaqda şübhəli bilinir.
Zorakılıqla öldürülmüş qadının meyiti yaşayış evlərindən birinin ərazisindən tapılıb. İstintaq zamanı məlum olub ki, gənc qadın evdə tək olub və ailə üzvləri gələnədək həyətdə işləyən fəhləyə nəzarət edib. Qızın atası pulu çatmadığına görə, fəhlənin pulunun ödənilməsini bir qədər gəngitmək qərarına gəlib. Usta isə bunu özünəməxsus şəkildə anlayıb və hesab edir ki, onu aldatmaq istəyirlər. Bu səbəbdən də o ev sahibinin qızını girov götürmək barədə qərar qəbul edib.
Əl-ayağını bağladığı qızı yardımçı tikilidə gizlədən ustada birdən-birə həbs olunmaq qorxusu yaranıb və qızı öldürmək qərarına gəlib. O, qıza mətbəx bıçağı ilə bir neçə zərbə endirib. Sonra isə meyitə iki kərpic bağlayaraq, su quyusuna atıb. Usta bundan sonra da evi tərk etməyib və ev sahiblərinin qayıdışını gözləyib. Ev sahibləri qayıtdıqdan sonra o əvvəlcə kiçik oğulu, sonra isə digər ailə üzvlərini girov götürüb. Ev sahiblərində lazımi məbləğdə pul olmadığından, o girovları maşınla ailə başçısının həyat yoldaşının rəfiqəsigilə aparıb. Rəfiqəsindən pul alan qadın ustanın borcunu ödəyib.
Bununla belə, o, bütün ailəni öldürmək qərarına gəlib. Maşını şəhərin kənarında saxlayan usta ailə başçısına kərpic, bıçaq və vintburanla zərbələr endirməyə başlayıb. Kişi müqavimət göstərib, bundan istifadə edən digər ailə üzvləri isə maşından qaçmağa macal tapıblar. Girovların əldən çıxdığını görən usta maşınla hadisə yerindən qaçıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ustalıq edən Azərbaycan vətəndaşı həbs edilib. Məlum olub ki, o, 2006-cı ildə Ukraynaya qazanc dalınca gedib. Saxlanılan şəxs dindirmə zamanı törətdiyi əməli etiraf edib. Onun Azərbaycanda da axtarışda olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: