Ukraynada adam öldürən şəxs Bakıda saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu, Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində mümkün olub.
Ukrayna Respublikasının Xarkov şəhəri Daxili İşlər İdarəsi tərfindən bu ölkənin Cinayət Məcəlləsinin 151-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Ukrayna vətəndaşı Mamed Mustafayev aprelin 12-də saxlanılıb.
Hazırda M.Mustafayev barəsində müvafiq araşdırmalar aparılır.
Ukraynada adam öldürən şəxs Bakıda tutuldu
Araşdırmalar aparılır




Şərhlər