Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucar rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, hadisə iyulun 16-da saat 23.00 radələrində rayonun Azərbaycan küçəsində qeydə alınıb.
Ucar rayonunun Qaracallı kənd sakini, 1977-ci il təvəllüdlü Qasımov Qasım Ağamusa oğlunun idarə etdiyi “Hyundai-Sonata” markalı maşın yoldan keçən piyada, 1961-ci il təvəllüdlü rayon sakini Hüseynova Almaz Cəbi qızını vurub. Piyada xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Almaz Hüseynovanın ölüm xəbərini eşidən qızı Hüseynova Sahibə Bünyad qızı evi tərk edib. O, özündən sonra qoyduğu məktubda “Anam yoxdur, mən də yoxam” yazıb. Hazırda onun axtarışları davam edir. Hadisə ilə bağlı araşdırma aparılır. ANSPRESS
Ucarda anasını maşın vuran qız evdən qaçdı
“Anam yoxdur, mən də yoxam”.




Şərhlər