Ucar rayonunda yük qatarı aşıb
17 Aprel 2011 Bazar 20:10
Qəza nəticəsində Bakı – Böyük Kəsik dəmir yolu magistralında qatarların hərəkətində problemlər yaranıb
Bakı – Böyük Kəsik dəmir yolu magistralının Ucar rayonundan keçən hissəsində qəza olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, yük qatarının tərkibində olan və üzərində “Bakı yağ fabriki” yazılan üç sistern relsdən çıxaraq aşıb. Əraziyə Yevlax dəmiryolu stansiyasının bərpaedici qatarı, Ucar rayon yanğından mühafizə idarəsinə məxsus maşınlar və qaldırıcı kranlar cəlb olunub.

Bu vaxta kimi qəza baş vermiş ərazidə aşan çənlərin qaldırılması istiqamətində işlər görülür. Baş vermiş qəza həmin ərazidə qatarların hərəkətinin dayanmasına səbəb olub. Bakıdan hərəkət edən iki qatar qəza ilə bağlı olaraq gözləməli olub. Hadisənin hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilmir.

Qeyd edək ki, ərazidə çəkiliş aparan ANS əməkdaşlarına təzyiqlər olub. Belə ki, polis sahə müfəttişi əməkdaşlarımızın çəkiliş aparmasına icazə verməyərək, onlara təzyiq göstərib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar