Hadisə

Üç uşaq atası olan məcburi köçkün özünü güllələdi

Hadisə Oğuzda baş verib

· Xəbərçi
Üç uşaq atası olan məcburi köçkün özünü güllələdi
Azərbaycanın Oğuz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün səhər saat 5 radələrində, rayonun Yaqublu kəndində qeydə alınıb.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Əli Vəli oğlu Ədirxanov yaşadığı ünvanda odlu silahdan atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.

Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, o, üç uşaq atası olub. Qızlarından biri ərə gedib, biri isə nişanlıdır. Oğlu isə məktəbdə oxuyur.

Ə. Ədirxanov 1 həftəyə yaxın imiş kimi yataqda xəstə yatırmış.

Faktla bağlı Oğuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər