Üç uşaq anası özünü 7-ci mərtəbədən atıb
13 İyul 2011 Çərşənbə 15:14
Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Üç uşaq anası özünü 7-ci mərtəbədən atıb. Bu barədə APA-ya Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 14.00 radələrində, Q. Qarayev prospekti, 81 ünvanında qeydə alınıb. Həmin ünvanda 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan, 33 yaşlı Ülfanə Quliyeva yaşadığı evin eyvanından özünü atıb. O, yerindəcə keçinib. İntiharın səbəbləri məlum deyil.

Polisdən həmçinin bildirilib ki, Ü. Quliyeva 3 uşaq anasıdır. Həyat yoldaşı bir neçə gün əvvəl işləmək məqsədi ilə Rusiyaya gedib. Hadisə baş verən zaman mərhum evdə tək olub.

Faktla bağlı araşdırma aparılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar