Üç ay əvvvəl toyu olmuş gənc dənizdə boğulub
28 İyul 2009 Çərşənbə Axşamı 12:00
27 yaşlı Ceyhun Mayılovun meyidi hələ tapılmayıb

 

Gürcüstan vətəndaşı Bakı çimərliyində boğulub. İyulun 27-də dostları ilə Binəqədi rayonu, Göradil çimərliyinə gedən 27 yaşlı Ceyhun Mayılov dənizdə batıb.

Mərhumun qohumları ANS PRESS-ə bildirib ki, C. Mayılov 3 ay əvvəl ailə qurubmuş. Hələlik C. Mayılovun meyidi dənizdən çıxarılmayıb.

Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri axtarış aparır. Dənizin dalğalı olması axtarış işlərini çətinləşdirir.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar